Ana səhifə / Sosial / Sabirabadda kənd icra nümayəndəsi piyadanı vuraraq öldürdü

Sabirabadda kənd icra nümayəndəsi piyadanı vuraraq öldürdü

Bu gün günorta saatlarında Sabirabad rayonunun Zəngənə kəndindən keçən avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi bsş verib.
Virtualaz.org bildirir ki,rayonun Yolçubəyli kəndinin icra nümayəndəsi – 62 yaşlı Sadəli Məhyəddin oğlu Şahlarov idarə etdiyi “Mercedes 190” markalı 90 FP 497 dövlət nömrə nişanlı minik maşını ilə Zəngənə kəndinin 45 yaşlı Hakim Ələddin oğlu Məhərrəmovu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …