Şənbə , May 11 2024
Ana səhifə / Sosial / Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Azərbaycanda aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 17-22° isti, Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə
9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.

Həmçinin oxuyun

70 min sakini olan qəsəbədə səki yox imiş: Bələdiyyə sədri

Abşeron rayonu Saray qəsəbəsində yol kənarında piyadalar üçün səkilər çox azdır. Belə ki, qəsəbənin əsas …