Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Ermənistanın yalan maşını iş başında: 800 nəfərə cinayət işi açıb, Azərbaycanı ittiham edirlər

Ermənistanın yalan maşını iş başında: 800 nəfərə cinayət işi açıb, Azərbaycanı ittiham edirlər

Ermənistanın Baş prokuroru Artur Davtyan parlmentin dövlət və hüquq məsələləri daimi komissiyasının iclasında Baş Prokurorluğun 2021-ci ildəki fəaliyyəti barədə hesabatı təqdim edib.
Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, Baş prokuror hərbi əməliyyatlar zamanı Ermənistan Silahlı Qüvvələrinin bir çox zabitinin və nümayəndəsinin öz xidməti vəzifələrini layiqincə yerinə yetirmədiyini bildirib. Artur Davtyan qeyd edib ki, 44 günlük müharibə zamanı baş verən cinayətlərlə bağlı 2150 cinayət işi araşdırılıb və ilin (2021-ci) sonunadək 800 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Artur Davtyan Azərbaycana qarşı saxta ittihamlarla da çıxış edib. Guya Azərbaycan tərəfi müharibə vaxtı qəsdən yaşayış məntəqələrini hədəfə alıb, Suriyanın şimalından terrorçu qrupları gətirərək, döyüşlərə iştirak ediblər. Hətta iddia edib ki, həmin “muzdlular”dan iki nəfəri ələ keçirilib və ömürlük həbs cəzasına məhkum edilib. Həmçinin Azərbaycanın hərbi-siyasi rəhbərliyinin 60-a yaxın nümayəndəsi cinayət məsuliyyətinə cəlb olunub.
Göründüyü kimi, Ermənistan rəsmiləri yenə də öz uydurmalarını erməni xalqına və dünya ictimaiyyətinə həqiqət kimi sırımağa çalışır. Azərbaycanın yaşayış məntəqlərini vurması, Suriyadan muzdlular gətirməsi ilə bağlı yalanlar müharibə vaxtı və ondan sonrakı dövrlərdə də dəfələrlə səsləndirilib. Amma bunlar heç vaxt təsdiq olunmayıb. Azərbaycan Ordusu öz gücü hesabına torpaqlarının böyük hissəsini işğaldan azad edib. Yaşayış məntəqələrinin vurulmasına gəlincə, əksinə, Ermənistan Gəncədə, Tərtərdə və digər yaşayış məntəqlərinsə dinc insanları hədəfə alıb, gecə vaxtı yaşayış binalarını raket atəşinə tutub, onlarla insanın ölümünə səbəb olub. Azərbaycan əsgəri heç bir halda dinc insanlara atəş açmayıb… Bütün bunları dünya ictimaiyyəti görüb. 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …