Ana səhifə / Sosial / Səbaildə maaşlar Binəqədidən 2,5 dəfə çoxdur – Siyahı

Səbaildə maaşlar Binəqədidən 2,5 dəfə çoxdur – Siyahı

Bu ilin yanvar ayının əvvəlinə olan məlumata görə Bakı şəhərində orta aylıq əmək haqqı 1 183 manat olub.
Paytaxtın inzibati rayonları arasında ən yüksək əmək haqqı Pirallahı rayonunda qeydə alınıb.
Pirallahıda orta aylıq əmək haqqı 2 min 211 manat 10 qəpik olub. Ən aşağı əmək haqqı isə Binəqədi rayonunda olub. Binəqədidə orta aylıq əmək haqqı 784 manat 60 qəpik olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi aralarında cəmi bir neçə kilometr məsafə olan bu rayonlarda verilən əmək haqları arasında 2,8 dəfə fərq var.  Əmək haqqına görə 2-ci sırada olan Səbaildə isə orta aylıq əmək haqqı 1 932,9 manat olub. Bu isə Binəqədi ilə müqayisədə 2,5 dəfə çoxdur.
Bakı şəhərindəki rayonlarda orta aylıq əmək haqqı aşağıdakı kimi olub:

Pirallahı r. – 2 211,1 manat
Səbail r. – 1 932,9 manat
Qaradağ r. – 1 438,6 manat
Xətai r. – 1 236,3 manat
Xəzər r. – 1 220,7 manat
Nəsimi r. – 1 178,9 manat
Nərimanov r. – 1 016,2 manat
Yasamal r. – 962,8 manat
Sabunçu r. – 881 manat
Suraxanı r. – 876,6 manat
Binəqədi r. – 784,6 manat

Həmçinin oxuyun

“Keşlə bazarını söksələr, yüzlərlə insan işsiz qala bilər”

30 ilə yaxındır fəaliyyət göstərən Keşlə bazarı sökülmək təhlükəsi ilə üz-üzə qalıb. Bakının Baş planında …