Ana səhifə / Gündəm / “Uşağın nə qolu var, nə ayağı, itlər parça-parça edib” – VİDEO

“Uşağın nə qolu var, nə ayağı, itlər parça-parça edib” – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Qaradağda 9 yaşlı oğlan itlərin hücumuna məruz qalıb.

Belə ki, sahibsiz itlərin hücum etdiyi azyaşlının babası Baku TV-yə danışıb.

Onun sözlərinə görə, bu, ərazidə yaşanan ilk hal deyil:

“Başqa sakinlər də bir neçə dəfə küçə itlərinin hücumuna məruz qalıb. Hadisə vaxtı üç dənə it uşağa hücum edib dişləyirmiş. Kənardan cavan bir oğlan görüb çətinliklə xilas edib. Uşağın nə qolu var, nə ayağı, əməliyyat olunub. Adam gəlməsəydi, itlər uşağı məhv edəcəkdi”.

Azyaşlının anası isə bildirib ki, oğlu dostları ilə birgə oynayarkən 3 it hücum edib, başını, bədənini parçalayıb: “Mənə yalvardı ki, “ana, icazə ver, gedim həyətdə oynayım”. Əslində mən heç onu həyətə buraxan deyiləm. Pəcərədən baxırdım ki, uzağa getməsin. Amma necə olubsa, uşaqlara qoşulub bir az aralanıblar…

Bunların hamısı küçə itləridir və zibilxananın yanında çox olurlar. Biz özümüz də zibil atmağa qorxa-qorxa gedirik. Xahiş edirəm, aidiyyəti orqanlar bu işlə ciddi məşğul olsunlar. Çünki hadisə hər kəsin uşağının başına gələ bilər…”

Ətraflı videomaterialda:

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …