Ana səhifə / Sosial / Qızıl almaq istəyənlərin nəzərinə – Video

Qızıl almaq istəyənlərin nəzərinə – Video

Qızıl məmulatları alınarkən bir çox hallarda satıcılar tərəfindən kassa qəbzi verilmir. Bu isə qanun pozuntusu və vergidən yayınma deməkdir.

Qızıl bazarından dəyərindən asılı olmayaraq alış-veriş edən bəzi vətəndaşlar üçün qəbz əhəmiyyətli 
deyil. Kimisi aldığı malın dəyərindən asılı olaraq çek tələb edir, kimisi yox. Satıcılar isə bəzən alıcıların bu məsələyə o qədər də əhəmiyyət vermədiyini deyirlər.
Məsələyə münasibət bildirən Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin şöbə rəisi Məmməd Quliyev deyib ki, alıcılar əksər hallarda məlumatsızlıqdan bu vəziyyətə yol verirlər. Bu səbəbdən bəzi ölkələrdə çek tələb etməyən vətəndaşlara da cərimələr tətbiq olunur.
Beləliklə, alıcılar da, satıcılar da diqqətli olmalıdır. 

Həmçinin oxuyun

Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur – VİDEO

Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasının müdirinin “fond pulu” tələb etdiyi iddia olunur. …