Çərşənbə , May 8 2024
Ana səhifə / Sosial / Ölkədə ərzaq bahalaşır – Video

Ölkədə ərzaq bahalaşır – Video

Azərbaycanda bahalaşan ərzaq məhsullarının siyahısı açıqlanıb.

Belə ki, yanvar-mart aylarında istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 13, 8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17, 1 faiz, qeyri-ərzaq məhsulları üzrə 12 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,6 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir”

Mart ayında ən çox bahalaşan ərzaq məhsulları düyü, vafli, peçenye, mal və qoyun ətidir. Bundan başqa son bir ayda  təzə balığın, pendirin, zeytun yağının, naringinin, portağalın, narın, almanın, bananın, soğanın, kartofun, balqabağın, pomidorun, şəkərin, çayın, mineral suların, spirtli içkilərin qiymətlərində artım olub. Ucuzlaşma isə əsasən çörəyin, unun, qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, xiyarın, çuğundurun, yerkökünün, mərcinin qiymətlərində müşahidə olunub.

Hazırda sümüklü mal ətinin 1 kiloqramı 14 manata, sümüksüz mal əti 16 manata, qoyun əti 15 manata, quzu əti isə 16 manata satılır.

“Satıcılar isə yerli məhsulların qiymətində ciddi artım olmadığını deyir”

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, inflyasiyanın əsas aparıcı qüvvəsini ərzaqın qiyməti təşkil edir.

Xaliq Kərimli hesab edir ki, yay mövsümündə qiymətlərdə azalma müşahidə olunacaq. Bu da ümumi infilyasiya prosesinə təsir edəcək.

Həmçinin oxuyun

Deputat: 3 manatlıq arağa baxanda bilinir ki, saxtadır

“Azərbaycan bu qədər araq istehsalında məşhurdursa, bizə niyə ölkədən kənara çıxa bilmirik? Vaxtilə Azərbaycanın “Ağdam” …