Ana səhifə / Sosial / Nərgiz Nəsrullayevaya Neft Fondunda vəzifə verildi

Nərgiz Nəsrullayevaya Neft Fondunda vəzifə verildi

Nərgiz Nəsrullayeva-Müdüroğlu Dövlət Neft Fondunun (SOFAZ) İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.
Azinforum.az Fins.az-a istinadən xəbər verir ki, bu barədə  SOFAZ-dan bildirilib.
Nərgiz Nəsrullayeva-Müdüroğlu bu təyinata qədər Landmark İş Mərkəzinin Biznes Əməliyyatlar üzrə direktoru, “Regus Business CentreTrading Ltd” Bakı filialında Biznes Mərkəzinin meneceri, “HSBC Bank Middle East” Bakı filialında Korporativ Müştərilər üzrə bank xidmətləri və Müştəri Xidmətləri şöbələrində mütəxəssis vəzifələrində çalışıb.
2004-2015-ci illər ərzində Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) İcraçı direktoru olub.
N. Nəsrullayeva Qərb Universitetinin İqtisadiyyatın qanuni tənzimlənməsi fakültəsində bakalavr təhsili, ABŞ-ın Harvard Universitetinin Con Kennedi adına İdarəetmə məktəbində Dövlət İdarəçiliyi ixtisası üzrə magistr dərəcəsini alıb.

Həmçinin oxuyun

Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur – VİDEO

Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasının müdirinin “fond pulu” tələb etdiyi iddia olunur. …

Bir cavab yazın