34 il əvvəl məcburi köçkün kimi yerləşdiyi evi sahibinə qaytarmaq əvəzinə, həm evi, həm də torpaq sahəsini ayrı-ayrı şəxslərə satdı. Belə bir iddia ilə Sumqayıt şəhər sakini Sahibə Cumərtova çıxış edib.
Mənzil sahibi Sahibə Comərdovanın sözlərinə görə, hadisə 1992-ci ildə, qardaşı Simran Cumərtovun şəhid olduğu ağır günlərdə baş verib. Onun bildirdiyinə görə, məcburi köçkün Şakir Əsədullayev Ceyranbatan bağlarındakı evə daxil olub və həmin vaxtdan mənzildən çıxmayıb.
Məhkəmə ev sahibinin xeyrinə qətnamə qəbul edib. Həmçinin məcburi köçkün ailəsinin mənzildən çıxarılması ilə bağlı qərar verilib. Lakin iddiaya görə, məhkəmə qərarının icrası bu günədək baş tutmayıb.
Sahibə Cumərtova yaxın vaxtlarda öz mənzilinə baş çəkərkən əmlakın başqa şəxslərin istifadəsində olduğunu görüb. Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, uzun illər həmin evdə yaşayan şəxs mənzili sahibinə qaytarmaq əvəzinə, torpaq sahəsini bölərək başqa şəxsə, evi isə daha bir şəxsə satıb.
İttiham olunan keçmiş məcburi köçkün Əsədullayev ailəsi ilə əlaqə saxlamaq cəhdimiz isə alınmadı.
Xezerxeber.az