Sosial şəbəkədə biz:

Abdullah Öcalan İmralı həbsxanasında yeni bölməyə köçürülüb

Abdullah Öcalan İmralı həbsxanasında yeni bölməyə köçürülüb
Xəbər Şəkli
02 November 2026, 08:11
Dünya

PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan Türkiyənin İmralı adasındakı həbsxananın yeni tikilmiş bölməsinə köçürülüb.

Bu barədə DEM Partiyasının İmralı nümayəndə heyətinin üzvü Mithat Sancar açıqlama verib.

Onun sözlərinə görə, Öcalanın yeni bölməyə köçürülməsi Türkiyədəki sülh prosesinin sürətləndirilməsi üçün imkan yarada bilər.

DEM Partiyasının digər nümayəndəsi Pervin Buldan isə bildirib ki, yeni bölmə həbsxananın ərazisində yerləşir və Öcalanın iş şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır. O, köçürülmənin Öcalana yeni hüquqi və ya siyasi status vermədiyini vurğulayıb.

Buldanın sözlərinə görə, Öcalan sülh və siyasiləşmə koordinatoru kimi prosesə töhfə vermək istəyir, lakin bu status hələ rəsmiləşdirilməyib.

APA