Çərşənbə , May 8 2024
Ana səhifə / Sosial / Masazır sakinləri: “Necə olur ki, 5 ildir təmir olunan yol sıradan çıxıb?” – Fotolar

Masazır sakinləri: “Necə olur ki, 5 ildir təmir olunan yol sıradan çıxıb?” – Fotolar

Abşeron rayonu Masazır kəndinin bir qrup sakini Abşeron küçəsinin vəziyyətindən narazıdır.
Kənd sakinləri bildirirlər ki, 5 il əvvəl əsaslı təmir olunan yol indi demək olar ki, sıradan çıxıb.
Narazılıq edənlər isə, əsasən, övladları həmin küçənin üstündə yerləşən Abşeron rayonu Masazır kənd 6 nömrəli tam orta məktəbdə təhsil alan valideynlərdir. Onlar bildirirlər ki, yağışlı, qarlı havalarda sudan, palçıqdan yolu keçmək olmur. Sakinlərin sözlərinə görə, yolda çuxurlar meydana gəldiyi üçün heç avtomobillə istifadə də əlverişli deyil.
“Buraya gələn taksi, bir daha gəlmək istəmir. Məcburən buradan istifadə etməli olan sakinlər də bu yolda avtomobili saatda 5 km sürətlə sürürlər. Necə olur ki, 5 il əvvəl təmir olunan yol sıradan çıxıb?” – sakinlər bildirirlər.
Onlar tez bir zamanda bu yolun təmir olunacağına ümid edirlər:
“Adiyyəti qurumlardan məsələnin həlli ilə əlaqədar əməli fəaliyyət gözləyirik”.

Qeyd edək ki, 2018-ci ilin dekabrında mətbuatda Masazır kəndinin Abşeron küçəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı məlumat dərc olunub.
Məsələ ilə bağlı Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq Abşeron rayon, Masazır kənd Bələdiyyəsindən bildirilib ki, bir müddət öncə Abşeron küçəsi asfaltlanıb:
“Yerli özünüidarəetmə orqanlarının büdcələri sakinlər tərəfindən verilən vergilər əsasında formalaşdığından daxili küçələrin  asfaltlanması sahəsində müəyyən yubanmalar olur. Buna baxmayaraq məsələ qurumun gen planlarına daxil edilib və bu il ərzində Abşeron küçəsinin abadlaşdırılması həyata keçiriləcəkdir”.
Qeyd olunub ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında 2023-cü ildə Abşeron küçəsi gecə işıqlandırlması ilə təmin olunub.

Həmçinin oxuyun

Bu qərardan sonra qiymətlər kəskin artacaq

Keşlə bazarı söküləcək. Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli …