Ana səhifə / Sosial / “Mən kimdən rüşvət almışam?!” – Sabiq icra başçısı

“Mən kimdən rüşvət almışam?!” – Sabiq icra başçısı

Göyçayın sabiq icra başçısı Mehdi Səlimzadə vəzifəsindən azad edildikdən sonra ilk dəfə açıqlama verib.

Qaynarinfo-nun sullarına cavablandıran Mehdi Səlimzadə hazırda heç bir işlə məşğul olmadığını bildirib.

“Allaha şükür yaxşıyam. Pensiyadayam. Təqaüdümlə dolanıram. İşsizəm”, deyə keçmiş başçı qeyd edib.

Hazırda Bakıda yaşadığını bildirən Mehdi Səlimzadə “İndi yay fəslidir. Dincəlirəm. Fikirləşirəm ki, yaydan sonra hansısa bir işlə məşğul olum” deyib.

Bu ilin fevral ayında Prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan Mehdi Səlimzadənin korrupsiya və rüşvətə görə vəzifəsindən uzaqlaşdırıldığı deyilirdi. Sabiq icra başçısının bu iddialara cavabı belə olub:

“Yazırlar da (gülür). Bu insanlar hər şeyi yazır. Gedib rayonda soruşsunlar, görüm, mən kimdən rüşvət almışam. Hamısı yalan söhbətlərdir”.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …