Ana səhifə / Bölgələr / “Azinforum”un araşdırması ilə bağlı tədbir görüldü – Qubadakı gölü qurudan “Macəra” cərimələndi və məhkəməyə verildi

“Azinforum”un araşdırması ilə bağlı tədbir görüldü – Qubadakı gölü qurudan “Macəra” cərimələndi və məhkəməyə verildi

Qubada yerləşən məşhur “Macəra” İstirahət Mərkəzi cərimələnib. Azinforum.az xəbər verir ki, istirahət mərkəzinin kənd təsərrüfatına yararlı torpaqlardan təyinatsız istifadə edilməsi ortaya çıxıb. Buna görə, mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci (kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlə istifadə edilməsi) maddəsilə protokol tərtib olunub. Xatırladaq ki, dövlət qurumu bu addımı Azinforum.az saytının həmin ərazidən hazırladığı və ölkənin aparıcı saytlarının da bizə istinadən tirajladığı materialın təqdimatından sonra atıblar.

Protokol baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, həmin maddə əsasında hüquqi şəxslər beş min manat  məbləğində cərimə edilir.

Azinforum.ax xəbər verir ki, Qubanın Nüqədi kəndində yerləşən “Macara” istirahət mərkəzinin rəhbərliyi ərazidə sakinlərin istifadə etdiyi gölü qurudur, əlavə yol çəkmək üçün isə 3 km məsafədə 3 mindən çox ağacı kəsdirib. Maraqlıdır ki, xeyli müddətdir bu barədə deyilsə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi prosesin qarşısını ala bilmir.

“Macara” istirahət mərkəzinin Mikayıl İsmayılov və Eldar Orucova məxsus olduğu bildirilir. Onlar indiyədək 6 min ağacı kəsdirib. Cəza olaraq isə bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Macara”nı 30 min manat cərimə edib. Görünür, illərlə yetişən bu ağacların birini 200 manatdan kəsmək olarmış.
Araşdırmamızla bağlı görülən tədbirə görə bütün əlaqədar dövlət qurumıarına öz təşəkkürümüzü bildiririk. Araşdırmaya səbəb olan reportajımızı yenidən təqdim edirik:

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …