Şənbə , May 11 2024
Ana səhifə / Sosial / Məzahir Pənahov ABŞ-a getdi – Seçkini izləməyə

Məzahir Pənahov ABŞ-a getdi – Seçkini izləməyə

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 2016-cı il noyabrın 9-da Amerika Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkiləri ilə bağlı bu ölkəyə səfər edib.

MSK-dan “Qafqazinfo”ya daxil olan məlumaat görə, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) Prezidenti Vilyam Svininin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahov seçkilərlə bağlı müxtəlif tədbirlərə qatılmaqla bərabər IFES Prezidenti, bir sıra ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında müzakirələr aparacaq. Seçki günü həmçinin, MSK sədrinin məntəqələrdə gedən prosesləri müşahidə etməsi də nəzərdə tutulur. M.Pənahov IFES Prezidentinin dəvəti ilə noyabrın 9-da keçiriləcək Qlobal Seçki Təşkilatının növbəti – 7-ci (GEO-7) konfransında da iştirak edəcək.

Həmçinin oxuyun

70 min sakini olan qəsəbədə səki yox imiş: Bələdiyyə sədri

Abşeron rayonu Saray qəsəbəsində yol kənarında piyadalar üçün səkilər çox azdır. Belə ki, qəsəbənin əsas …

Bir cavab yazın