Bazar ertəsi , May 6 2024
Ana səhifə / Sosial / Kəmaləddin Heydərov BMT nümayəndəsi ilə görüşdü

Kəmaləddin Heydərov BMT nümayəndəsi ilə görüşdü

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broeklə görüşüb.
FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, K. Heydərov A. Broeki BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, Fövqəladə Hallar Nazirliyinin kollektivi adından nazirliklə məhsuldar əməkdaşlığa görə qonağa təşəkkür edib.
Broek isə səmimi görüşə və xoş sözlərə görə təşəkkürünü bildirib, BMT-nin Azərbaycan nümayəndəliyinin Fövqəladə Hallar Nazirliyi ilə uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında …

Bir cavab yazın