Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Sosial / Koronavirusa qarşı peyvəndin üçüncü dozasının vurulmasına başlanılır

Koronavirusa qarşı peyvəndin üçüncü dozasının vurulmasına başlanılır

Sentyabrın 20-dən etibarən ABŞ-da koronavirusa qarşı peyvəndin üçüncü dozasının vurulmasına başlanılacaq.

Bu barədə ABŞ Səhiyyə və Sosial Xidmətlər Departamentinin məlumatda deyilir.

Qeyd edilib ki, ABŞ mütəxəssislər uzun müddətli qorunmanı təmin etmək üçün əhaliyə peyvəndin əlavə dozasının vurulmasına ehtiyac olduğunu düşünür.

Üçüncü doza yalnız səkkiz ay əvvəl tam peyvənd olunanlara vurulacaq.

ABŞ hakimiyyəti sentyabrın 20-dən başlayacaq bir həftə ərzində bütün amerikalılara gücləndirici dozaları təqdim etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, hazırda ABŞ-da 37 milyondan çox koronavirusu yoluxma hadisəsi qeydə alınıb. Ölüm sayı isə 623 mindən çoxdur. Hər iki göstəriciyə görə, ABŞ dünyada birinci yerdədir.

Həmçinin oxuyun

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında …