Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Sosial / Keçmiş nazir mərhum qızının adına Yardım Fondu yaratdı

Keçmiş nazir mərhum qızının adına Yardım Fondu yaratdı

“Qızımız Humayın xatirəsini yaşatmaq və xeyirxahlıq missiyasını davam etdirmək məqsədi ilə “Huma Quşu Təhsilə Yardım Fondu”nu yaratdıq”.

Bu açıqlama ilə Azərbaycanın keçmiş Xarici işlər naziri Vilayət Quliyev çıxış edib.

O, bildirib ki, Fond Ədliyyə Nazirliyinin 30 iyun 2022-ci il tarixli 1122-Q80 4070 saylı qərarı ilə rəsmi dövlət qeydiyyatına alınıb:

“Fondun adını Humayın ingiliscə yazdığı bir şeirin son misrasından götürdük: «After all, I am named a bird,living its entire life flying invisibly high above the Earth – Huma!” (“Axı hər şeydən əvvəl bütün həyatını Yer üzündən gözəgörünməz yüksəklikdə uçmaqla keçirən quşun adıdır adım -Huma!”. 

Fondun maliyyə əsasını Humayın 10 ilə yaxın beynəlxalq təşkilatlarda fəaliyyəti zamanı şəxsi hesabında toplanmış vəsait təşkil edir. Fond artıq İT təhsili və xaricdə təhsillə bağlı bir neçə layihəni həyata keçirir. 

Fondun prezidenti Humayın anası Şəhla Vəzirovadır. Noyabrın 17-də – Humayın doğum günü ADA universitetində Fondun ictimai təqdimatı keçiriləcək. Humay “gözəgörünməz yüksəklikdə” olsa da, yenə öz nəcib işini davam etdirir”.

Həmçinin oxuyun

Bakıda 17 min manata pişik satılır – VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir.Belə ki, it 10 min manata, pişik …