Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / İşsizlik statusu verən işçilərin özləri işsiz qaldı

İşsizlik statusu verən işçilərin özləri işsiz qaldı

“İşsizlik statusu verən məşğulluq mərkəzlərinin işçiləri işsiz qalır”.
Bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, aparılan struktur dəyişikliklərinin nəticəsində 70 nəfərədək ixtisaslı işçinin ixtisar olunduğu bildirilir:
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, Bakı şəhəri rayonlar üzrə Məşğulluq Mərkzələri ləğv olunaraq 5 ərazi üzrə yeni qurum yaradılıb. 1 saylı Ərazi Məşğulluq Mərkəzində Yasamal-Səbail-Qaradağ rayonları, 2 saylı Ərazi Məşğulluq Mərkəzində Pirallahı-Xəzər rayonları, 3 saylı Ərazi Məşğulluq Mərkəzində Sabunçu-Suraxanı-Nizami rayonları, 4 saylı Ərazi Məşğulluq Mərkəzində Binəqədi-Şuşa-Nərimanov rayonları, 5 saylı Ərazi Məşğulluq Mərkəzində isə Xətai-Nəsimi-Zəngilan rayonları birləşib. Aparılan struktur dəyişikliklərinin nəticəsində 70 nəfərədək ixtisaslı işçinin ixtisar olunduğu bildirilir. Verilən məlumata görə, ixtisar olunanlar arasında məcburi köçkünlər və çoxuşaqlı ailə başçıları da vardır. Məlumat üçün qeyd edim ki, “İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsi”ndə dövlət məşğulluq mərkəzinin aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri 43 milyon manat nəzərdə tutulurdu. Əslində işsizliyə görə sığorta ödənişlərinin 5 milyon manat olduğu halda idarəetmə xərcinin 43 milyon manat müəyyənləşdirilməsi ədalətsiz bölgünün nəticəsi idi”.
Qubad İbadoğlu hesab edir ki, baş verən struktur dəyişiklikləri maliyyə təminatında yaranmış çətinliklərlə bağlıdır.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …