Ana səhifə / Sosial / İsrail MN İlham Əliyev və Libermanın hərbi əməkdaşlıq danışıqları haqda

İsrail MN İlham Əliyev və Libermanın hərbi əməkdaşlıq danışıqları haqda

İsrailin müdafiə naziri Aviqdor Liberman təhlükəsizlik üzrə Münhen konfransının işində iştirak edəcək. A.Liberman səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və Azərbaycanla İsrail arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi məsələsini müzakirə edəcək.

Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda o da bildirilir ki, İsrailin müdafiə naziri bazar günü bu beynəlxalq forumda nitqlə çıxış edəcək. (Virtualaz.org)

 

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …

Bir cavab yazın