Çərşənbə , May 8 2024
Ana səhifə / Sosial / İran prezidenti Bakıya avqustda gələcək

İran prezidenti Bakıya avqustda gələcək

Bakıda avqust ayında baş tutacaq Azərbaycan-İran-Tusiya görüşünün yekunlarına əsasən üçtərəfli sənəd imzalana bilər. Virtualaz.org xəbər verir ki, bunu öz mənbələrinə istinadən İranda nəşr olunan «Tehran Times» qəzeti yazıb.

Daha öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov «RİA Novosti»yə Vladimir Putinin avqust ayında Bakıya səfərinin üzərində «iş getdiyini» bildirmişdi.

«Ruhani avqust ayında Azərbaycana iki günlük səfər edəcək. Bakıda Rusiya, İran və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi və üçtərəfli sənədin imzalanması gözlənilir. Həmçinin prezidentlərin təkbətək görüşləri də planlaşdırılır. Bakıdakı görüşdə üçtərəfli münasibətlərin perspektivlərinin müzakirəsi nəzərdə tutulur», – qəzet yazır.

Həmçinin oxuyun

Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir

Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər ictimaiyyətdə diqqət çəkib. Dəyişikliklərin mahiyyətini tam …

Bir cavab yazın