Ana səhifə / Sosial / İpoteka götürən şəxsdən bu hallarda ödəniş tələb edilə bilməz – VİDEO

İpoteka götürən şəxsdən bu hallarda ödəniş tələb edilə bilməz – VİDEO

Sığortalı ipoteka kreditlərinə görə varislərdən ödəniş tələb edilə bilməz. Əksər hallarda kredit götürəndən bir müddət sonra borcalan dünyasını dəyişərsə, qalan məbləğin kim tərəfindən ödənilməsi məsələsi gündəmə gəlir. Bəzi vətəndaşlar hətta buna görə ipoteka krediti üçün müraciət etməyə belə çəkinirlər.

Sığorta eksperti Şəhriyar Məcidov “Xəzər Xəbər”ə deyib ki, kredit verilən zaman banklar tərəfindən risklərlə bağlı tədbirlər görülür. Onun sözlərinə görə, ipoteka krediti götürdükdən sonra vətəndaşa əllilik dərəcəsi təyin olunduğu halda qalan borc sığorta şirkəti tərəfindən ödənilir.

Ekspert qeyd edib ki, qaydalar daxili ipoteka kreditləri üçün də keçərlidir. Çünki ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası vacib şərtlərdəndir.

Ş.Məcidov əlavə edib ki, ipoteka götürülən zaman həyat sığortası olduğu halda, vərəsə üçün öhdəlik yaranmır.

Ətraflı süjetdə:

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …