Bu gün Hacıqabul rayonunun icra başçısı dəyişdirilib. Prezident İlham Əliyevin sərəncamı ilə Milli Məclisin deputatı Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin yeni başçısı təyin olunub.
Azinforum.az-ın məlumatına görə, Rüstəm Xəlilov 1958-ci ildə anadan olub. III, IV və V çağırış Milli Məclisə keçirilən seçkilərdə 64 saylı Sabirabad ikinci seçki dairəsindən deputat seçilib.
2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.
Həmçinin oxuyun
TƏBİB sədri həkimlərin maaşından danışdı – Video
Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …