Ana səhifə / Sosial / Gecə klubundakı partlayışda yaralananlardan daha biri vəfat etdi

Gecə klubundakı partlayışda yaralananlardan daha biri vəfat etdi

Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, Ayxan Feyzullazadə adlı şəxs ölüb.

O gecə klubunda ofisiant işləyirdi.

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 6-da isə 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı vəfat edib, aprelin 9-u isə 2001-ci il təvəllüdlü Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində ölüb.

Həmçinin oxuyun

Yararsız əti Azərbaycana kimlər gətirir və harada satır?

Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən …