Çərşənbə , May 8 2024
Ana səhifə / Sosial / DYP-nin rəis müavini işdən çıxarıldı – Yeni təyinat

DYP-nin rəis müavini işdən çıxarıldı – Yeni təyinat

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Ramiz Hüseynovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, Ramiz Hüseynov yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qafqazinfo” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevin avtosfer.az-a verdiyi məlumata görə, Ramiz Hüseynovun yerinə polkovnik Elşən Kazımov təyin edilib. O, indiyə qədər Baş İdarənin qərargah rəisi vəzifəsini tutub.

Qeyd edək ki, Ramiz Hüseynov uzun illərdir DYP sistemində çalışıb. Yol hərəkəti təhlükəsizliyi və sürücülərin inzibati məsuliyyəti ilə bağlı qanunların işlənib hazırlanmasında rolu olub. DYP ilə bağlı qanunların qəbulunda yaxından iştirak edib, Milli Məclisin iclaslarında deputatların suallarını cavablandırıb.

Həmçinin oxuyun

Bu qərardan sonra qiymətlər kəskin artacaq

Keşlə bazarı söküləcək. Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli …

Bir cavab yazın