Ana səhifə / Sosial / Deputat: Qazilər əlillik dərəcəsi aldıqdan sonra onları işlə təmin etmək olmur

Deputat: Qazilər əlillik dərəcəsi aldıqdan sonra onları işlə təmin etmək olmur

“Qazilər, şəhid ailələrindən işlə təmin olunmaq üçün müraciətlər alırıq”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Rauf Əliyev deyib.

Deputat bildirib ki, qazilər əlillik almaq üçün də müraciət edirlər: “Biz DOST mərkəzi vasitəsilə onların əlillik almasına kömək edirik. 2-ci dərəcə əlillik alandan sonra isə onları işlə təmin etmək olmur. Bununla bağlı ümumi mərkəz yaradılsa yaxşı olar”.

Deputat həmçinin 1 və 2-ci sinifdə proqramların yüklənməsi ilə bağlı problemi qaldırıb: “Uşaqlar dərslə çox yüklənir. Biz Elm və təhsil komitəsi ilə birgə bu məsələ ilə bağı dinləmə keçirək. Şagirdlərin niyə bu qədər yüklənməsinə aydınlıq gətirək”.

APA

Həmçinin oxuyun

“Keşlə bazarını söksələr, yüzlərlə insan işsiz qala bilər”

30 ilə yaxındır fəaliyyət göstərən Keşlə bazarı sökülmək təhlükəsi ilə üz-üzə qalıb. Bakının Baş planında …