Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Sosial / “Ciddi nəzarət olmasa, xəstələrin sayı on minlərə çata bilər” – Oqtay Şirəliyev

“Ciddi nəzarət olmasa, xəstələrin sayı on minlərə çata bilər” – Oqtay Şirəliyev

“Ciddi nəzarət olmasa, gigiyenik normalara riayət olunmasa, xəstəliyə yoluxma halları arta bilər”.  

Bu sözləri Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin efirində yayımlanan “Hədəf” televiziya proqramında qonaq olarkən deyib.  

Onun sözlərinə görə, ciddi nəzarət olmasa, xəstələrin sayı on minlərə çata bilər: “Bu, yeni bir infeksiya olduğu üçün əksər ölkələrdə xəstəliyi müəyyən etmək üçün testlər yox idi. Lakin Azərbaycan qısa müddətdə qardaş ölkə Türkiyə vasitəsilə həmin testləri əldə etdi və yoxlamalar nəticəsində virusa yoluxma hallarını tez aşkarlayaraq qabaqlayıcı tədbirlər gördü”.  /Oxu.az

Həmçinin oxuyun

Bakıda 17 min manata pişik satılır – VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir.Belə ki, it 10 min manata, pişik …