Çərşənbə , May 8 2024
Ana səhifə / Sosial / “Bu xəbər bizi sarsıtdı…” – İlham Əliyev

“Bu xəbər bizi sarsıtdı…” – İlham Əliyev

Prezident İlham Əliyev Misir prezidenti Əbdülfəttah əs-Sisiyə başsağlığı verib. Məktubda bildirilir:

“Ölkənizdə törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı yönəlmiş belə qəddar əməllərdən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Misir xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Həmçinin oxuyun

Deputat: 3 manatlıq arağa baxanda bilinir ki, saxtadır

“Azərbaycan bu qədər araq istehsalında məşhurdursa, bizə niyə ölkədən kənara çıxa bilmirik? Vaxtilə Azərbaycanın “Ağdam” …

Bir cavab yazın