Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Sosial / Bu idarənin iki məmuru işdən çıxarıldı

Bu idarənin iki məmuru işdən çıxarıldı

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tabeliyində olan mədəniyyət müəssələrində çalışan bir neçə əməkdaşa töhmət verib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindənReport-a bildirilib ki, yoxlama və araşdırmaların nəticələrini əsas tutaraq Kürdəxanı qəsəbə mədəniyyət evinin direktoru Məmmədova Aygün Mehman qızına yazılı xəbərdarlıq, Bibiheybət qəsəbə mədəniyyət evinin direktoru Bəxtiyarova Günel Mahir qızına və Binəqədi mərkəzi mədəniyyət evinin direktoru Abbasova Zivər Aydın qızına töhmət verilib.

 

Həmçinin, Əmircan qəsəbə Mədəniyyət evinin direktoru Bayramova Afaq Sənan qızı və H.Abbasov adına Mədəniyyət evinin direktoru Qədimov Kamal Kamil oğlu tutduqları vəzifədən azad olunub.

Həmçinin oxuyun

DSMF sədri: “6500-dən artıq saxta əlillik işi ləğv edilib”

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün istiqamətlərdə sağlamlaşdırma işləri həyata keçirilir. Əsassız pensiyaların ləğv olunması, …

Bir cavab yazın