Cümə axşamı , May 9 2024
Ana səhifə / Sosial / Bıçaqlanıb ölən tələbəni yaralı halda özəl klinika qəbul etməyib? – VİDEO

Bıçaqlanıb ölən tələbəni yaralı halda özəl klinika qəbul etməyib? – VİDEO

Bir müddət əvvəl 20 yaşlı gəncin mübahisə zəminində bıçaqlanmasının ardından özəl xəstəxananın onu qəbul etmədiyi idda edilib. Xəzərxəbər.az-ın məlumatına görə, söhbət bir müddət əvvəl gecə saatlarında qonşusu tərəfindən qətlə yetirilən tələbə Hikmət Kərimovun ölümündən gedir.

Valideyn İlham Kərimov iddia edir ki, övladı hadisə baş verən gecə iki özəl xəstəxanya aparılsa da, qəbul edilməyib.

Onlara “icazəmiz yoxdur” deyiblər. Maraqlıdır özəl xəstəxanalar yaralı şəxsi niyə qəbul etmir? Bu qadağa onlara hansı qurum tərəfindən qoyulub?”

Özəl xəstəxanadan məsələ ilə bağlı bildirilib ki, klinikanın təcili yardım xidməti yoxdur. Xəstəxana ambulator və planlı tibbi cərrahiyə əməliyyatlarını axsam saat 5-ə kimi aparır.

Digər özəl klinikalardan isə bildirilib ki, əgər onların təcili tibbi yardım xidməti varsa, yaralı xəstə qəbul edilir, ona ilkin yardım edilir, dərhal hüquq mühafizə orqanlarına məlumat verilir.

Məsələyə TƏBİB, Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyindən münasibət bildirilib.

Həmçinin oxuyun

Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə başlanıldı (VİDEO)

“Dönərxanalarla bağlı agentlikdə daha genişmiqyaslı tədbirlər həyata keçirilir”. Bunu Baku TV-yə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi …