Bazar ertəsi , May 20 2024
Ana səhifə / Siyasət / “Fransa törətdiyi soyqırımlara görə üzr istəməlidir” – Təbriz Musayev

“Fransa törətdiyi soyqırımlara görə üzr istəməlidir” – Təbriz Musayev

“Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır”. Bu barədə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə bildirib.

Bunun utancverici və iyrənc hərəkət olduğunu deyən dövlət başçısı qeyd edib: “Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik”.

Prezident İlham Əliyev Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Prezident Əliyevin Fransa ilə bağlı məlum tələbləri həm tarixi, həm də siyasi baxımdan tam əsaslıdır: “Fransa Avropanın aparıcı dövlətlərindən biri olsa da, öz müstəmləkə keçmişi ilə hesablaşmalıdır. Yəni bütün törətdiyi soyqırımlara görə cavab verməlidir. Həqiqətən də Fransa Əlcəzairdə misli görünməmiş soyqırım həyata keçirib. Fransa 1830-cu ildə Əlcəzairi işğal edib. 1962-ci ildə Əlcəzair müstəqilliyini qazanana qədər Fransa Əlcəzairi fransızlaşdırmaq üçün bir assimilyasiya prosesi gerçəkləşdirib. II Dünya müharibəsinin başlaması Əlcəzairdə fransız işğalını yavaşıtdı. Fransa ələzairliləri müharibədə öz yanında görməyin qarşılığında onlara savaş bitincə azadlıqlarına sahib olacaqları vədi verib. Müharibənin sona çatmasının ardından əlcəzairlilər həm döyüşün qalibiyyətini qeyd etmək üçün, həm də azadlıqları üçün əllərindəki bayraqlarla böyük bir nümayiş keçirdilər. Ancaq Fransanın bu nümayişə verdiyi reaksiya insanlıq tarixinin faciəvi günlərindən birini əlcəzairlilərə yaşatdı. Fransız ordusu havadan və qurudan bölgəyə hücum təşkil etdi. Bir neçə gün davam edən bu hücum nəticəsində 45 min əlcəzairli həyatını itirdi. Bu qırğın Əlcəzairdə azadlıq mübarizəsini daha da gücləndirdi. Ancaq bu qiyama Fransa genişmiqyaslı həbslər və əsgəri bir hərəkat ilə cavab verdi. 500 min nəfərlik fransız hərbi hissəsi Əlcəzairə yeridildi. Minlərlə adam mühakimə edilmədən edam olundu. Fransızlar bölgədə qala bilmək üçün hər cür işgəncədən istifadə edirdilər. Təkcə 1954-cü ildən 1962-ci ilə qədərki müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını itirdi. Bütün bunlar Əlcəzairin Fransaya qarşı müqavimətini artırdı. Nəhayət Fransa Əlcəzairdə müstəqilliyin yolunu açacaq referendumun keçirilməsini qəbul etdi. Keçirilən referendumda xalqın hamısı müstəqilliyə səs verdi. Beləcə, Ələzair Fransa müstəmləkəsi olmaqdan xilas oldu, müstəqilliyini qazandı. Bir sözlə, Əlcəzair xalqı böyük qanlar hesabına öz müstəqilliyini əldə etdi. Fransa təkcə Əlcəzairdə soyqırım törətməyib. Fransa Mərkəzi Afrika ölkələrində də soyqırımlara imza atıb. Ruandada yaşanan vəhşət buna əyani sübutdur. Digər tərəfdən, Fransa Cənub-Şərqi Asiya ölkəsi olan Vyetnamda 1954-cü ilə qədər soyqırım həyata keçirib. Ona görə də, Fransa öz müstəmləkə keçmişini yenidən təftiş etməli və törətdiyi soyqırımlara görə üzr istəməlidir”.

Həmçinin oxuyun

İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə başsağlığı verib. …