Ana səhifə / Sosial / Benyamin Netanyahu: “Azərbaycana səfərə hazırlaşıram”

Benyamin Netanyahu: “Azərbaycana səfərə hazırlaşıram”

İsrailin baş naziri Benyamin Netanyahu Qazaxıstana və “ola bilsin” Azərbaycana səfərə hazırlaşdığını bəyan edib.  “The Times of İsrael” nəşri xəbər verir ki, baş nazir bu haqda Keniyaya səfəri zamanı bildirib.

Netanyahu onu Afrina turnesində müşaiyət edən jurnalistlərlə söhbətində deyib ki, İsrail Fələstin məsələsində mövqelərini möhkəmləndirmək və diplomatik əlaqələrini genişləndirmək üçün yeni alyanslar qurur. Netanyahu bu çərçivədə “qış aylarında” Qazaxıstana və Azərbaycana səfər edəcəyini deyib. Lakin o səfərin konkret tarixini açıqlamayıb.

Həmçinin oxuyun

Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur – VİDEO

Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasının müdirinin “fond pulu” tələb etdiyi iddia olunur. …

Bir cavab yazın