Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Sosial / Baş sözçüsü Baxçalını təhqir etdi – Ərdoğan əsəbiləşdi

Baş sözçüsü Baxçalını təhqir etdi – Ərdoğan əsəbiləşdi

Prezident Rəcəb Tayyib Ərdoğan baş sözçüsü Şərəf Malkoça qəzəblənərək ondan üzr istəməsini tələb edib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb Ş. Malkoçun MHP lideri Devlet Bahçeli haqqında sərt ifadələr işlətməsi olub. Belə ki, bir televiziya proqramında qonaq olan Ş. Malkoç D. Baxçalının 7 avqustda keçiriləcək mitinqdə iştirak etməsini dəyərləndirib. O qeyd edib ki, bu mitinq Dövlət Baxçalı üçün də bir imkandır: “Ömründə görmədiyi bir kütlənin qarşısında çıxış edəcək”.

Malkoçun bu sözlərindən sonra sosial mediada ona qarşı “həddini bil şərəf malkoç” haştağı yaradılıb.

Prezident Ərdoğan isə baş sözçüsünün sözlərinə sərt şəkildə reaksiya verib:

“Sizin belə bir şeyə haqqınız yox, üstəlik də siyasətçi deyilsiniz. Hazırda siz bir məmur vəzifəsini yerinə yetirirsiniz. Bu kimi məsələlərə diqqət etmək lazımdır. Çünki biz burada bir birlik arayışındayıq. İşlətdiyin ifadələr çirkindir, bundan dolayı üzr istəməlisən. O da artıq MHP başqanı daxil olmaqla bütün partiya üzvlərindən üzr istədi”.

Həmçinin oxuyun

“Yoluxmanın artmasına havaların soyuması təsir göstərir” – TƏBİB rəsmisi

“Bir müddət qabaq xəbərdarlıq etmişdik ki, ilin soyuq fəslində – payız-qış mövsümündə yoluxmaların sayında artım …

Bir cavab yazın