Ana səhifə / Sosial / Bakının mərkəzində DƏHŞƏT: “Öləcəkdim, 2 balam yetim qalacaqdı”

Bakının mərkəzində DƏHŞƏT: “Öləcəkdim, 2 balam yetim qalacaqdı”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova Bakının mərkəzində ölümdən dönüb.

O bu barədə “Facebook” səhifəsində paylaşım edib.

“Bu gün günorta kiminsə səhlənkarlığının qurbanı olacaqdım. “Sahil” metrosunun üstündəki binanın sonuncu mərtəbəsinin eyvanından qopan daşlar başıma düşəcəkdi, öləcəkdim, 2 balam da yetim qalacaqdı. Hələ də əllərim əsir. Əcəl ilə mənim aramda bir neçə santimetr var idi…” – Fəridə Aslanova yazıb.

O vurğulayıb ki, həmin binanın fasadına, eyvanına ciddi baxış keçirilməlidir.

Həmçinin oxuyun

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi …