Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Bakıda yeni hava limanı tikilir — VİDEO

Bakıda yeni hava limanı tikilir — VİDEO

Paytaxt yaxınlığında yeni aeroport tikiləcək. Yeni hava limanı Ələt Azad İqtisadi Zonasında yerləşəcək.

Hazırda iqtisadi zonada istehsal müəssisələri ilə yanaşı, logistika mərkəzi və hava limanı da inşa edilir. Müasir standartlara cavab verən beynəlxalq karqo hava limanının inşası üzrə işlərə artıq başlanılıb. Hava limanının 2026-cı ilin birinci rübünə kimi fəaliyyətə başlayacağı gözlənilir.

Hava limanının illik yükaşırma gücü ilkin mərhələdə 500 000 ton, daha sonra isə 1,5 milyon tona qədər artacağı planlaşdırılır. Hava limanı ilk növbədə azad iqtisadi zonada fəaliyyət göstərən müəssisələrin yüklərinin təyyarə ilə daşınmasını təmin edəcək.

Qeyd edək ki, Ələt Azad İqtisadi Zonası üçün Bakı Beynəlxalq Dəniz Limanı ticarət limanı yaxınlığında 719 hektar torpaq sahəsi ayrılıb.
 

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …