Ana səhifə / Sosial / Bakıda tikinti şirkətində bədbəxt hadisə, işçinin qolu amputasiya olundu

Bakıda tikinti şirkətində bədbəxt hadisə, işçinin qolu amputasiya olundu

Bakıda tikinti şirkətində bədbəxt hadisə baş verib. “Report”un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin birində qeydə alınıb.

İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhrəm oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Həkimlərin səyinə baxmayaraq onun sağ qolu amputasiya olunub.

Hadisənin təfərrüatı aidiyyəti üzrə araşdırılır.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …