Ana səhifə / Sosial / Bakıda temperatur 40 dərəcəyə çatıb

Bakıda temperatur 40 dərəcəyə çatıb

Bakıda temperatur 40 dərəcəyə çatıb.
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, iyulun 8-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 6 dərəcə yuxarı olub. Belə ki, temperatur Bakıda və Abşeron yarımadasında 40, Naxçıvanda və Aran rayonlarında 35-40, dağlıq rayonlarda isə 32 dərəcəyə çatıb.
G.Məmmədova deyib ki, günəşli hava şəraiti bu gün də davam edəcək.

Həmçinin oxuyun

“Keşlə bazarını söksələr, yüzlərlə insan işsiz qala bilər”

30 ilə yaxındır fəaliyyət göstərən Keşlə bazarı sökülmək təhlükəsi ilə üz-üzə qalıb. Bakının Baş planında …