Ana səhifə / Sosial / Bakıda tarixi abidəyə quraşdırılan əlüzyuyan çanaq SÖKÜLDÜ

Bakıda tarixi abidəyə quraşdırılan əlüzyuyan çanaq SÖKÜLDÜ

Bakıda tarixi abidəyə müdaxilənin qarşısı alınıb, obyekt sahibinə xəbərdarlıq edilib.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.

Onun sözlərinə görə, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 21 ünvanında yerləşən 3350 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar olunub: 

“Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları yol verilmiş müdaxilə faktının qarşısını alıb.
Tarixi abidənin birinci mərtəbəsində fasad hissəyə bərkidilmiş əlüzyuyan çanaq sökülüb. Yol verilmiş qanun pozuntusu ilə bağlı obyekt sahibinə xəbərdarlıq edilib. Bir daha vətəndaşlarımızı mədəni irsin qorunmasına həssas yanaşmağa çağırırıq”.

Həmçinin oxuyun

“Keşlə bazarını söksələr, yüzlərlə insan işsiz qala bilər”

30 ilə yaxındır fəaliyyət göstərən Keşlə bazarı sökülmək təhlükəsi ilə üz-üzə qalıb. Bakının Baş planında …