Şənbə , May 11 2024
Ana səhifə / Cəmiyyət / 2023-cü ildə itirdiyimiz məşhurlar – SİYAHI

2023-cü ildə itirdiyimiz məşhurlar – SİYAHI

Artıq 2023-cü il başa çatmaq üzrədir. Təəssüf ki, bu il Azərbaycan ictimaiyyəti üçün itkisiz ötüşmədi.

2023-cü ildə vəfat edən məşhurları təqdim edirik:

– Azərbaycanın əməkdar artisti, “Toppuş bacı” kimi tanıdığımız Tünzalə Əliyeva – 22 yanvar, uzun sürən xərçəng xəstəliyindən, 49 yaşında;

– Xalq artisti, aktyor Ramiz Novruz – 21 fevral, xərçəng xəstəliyindən, 67 yaşında;

– İlahiyyatçı, din xadimi Hacı Şahin Həsənli – 2 mart, ürək çatışmazlığından, 48 yaşında;

– Əməkdar mədəniyyət işçisi, prodüser, rejissor kimi tanıdığımız Oqtay Əliyev – 22 mart, avtomobil qəzasında, 54 yaşında;

– Akademik Rus Dram Teatrının rejissoru, xalq artisti İranə Tağızadə – 9 aprel, ürəktutmadan, 65 yaşında;

– Akademik Milli Dram Teatrının bədii rəhbəri, xalq artisti Azər Paşa Nemətov – 9 aprel, 75 yaşında;

– Məşhur qarmon ifaçısı, Azərbaycan və Dağıstan Respublikasının xalq artisti Aftandil İsrafilov – 29 aprel, xəstəlikdən, 82 yaşında;

– Kinorejissor, aktyor, Azərbaycanın əməkdar artisti Elxan Qasımov – 29 may, 78 yaşında;

– Tanınmış jurnalist Zülfüqar Hüseynzadə – 18 iyun, ürəktutmadan, 52 yaşında;

– Milli Məclisin deputatı Madər Musayev – 14 iyul; xəstəlikdən, 75 yaşında;

– Tanınmış aparıcı Natavan Babayeva – 20 iyul, onkoloji xəstəlikdən, 45 yaşında;

– Tanınmış jurnalist Mübariz Əhmədov – 13 sentyabr, ürəktutmadan, 54 yaşında;

– Milli Məclisinin deputatı Qənirə Paşayeva – 28 sentyabr, naməlum mənşəli hipotonik vəziyyət, 48 yaşında;

– Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə – 3 oktyabr, 93 yaşında;

– Xalq rəssamı Akif Əsgərov – 18 noyabr, 83 yaşında;

– Tanınmış diplomat Yaşar Əliyev – 8 dekabr, 75 yaşında;

– Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli xalq artisti Ramiz Məlik – 14 dekabr, xərçəng xəstəliyi, 80 yaşında;

– Əməkdar artist, Gülarə Əliyeva adına “Dan ulduzu” ansamblının ilk skripka ifaçısı Esmira Babayeva – 15 dekabr, 76 yaşında;

– Heydər Əliyev Sarayının keçmiş baş rejissoru, əməkdar mədəniyyət işçisi Gülçöhrə Şəfiyeva – 23 dekabr, şəkər xəstəliyi, 74 yaşında;

– Tanınmış bəstəkar, SSRİ xalq artisti Murad Kajlayev – 23 dekabr, 74 yaşında. (Kult.az)

Həmçinin oxuyun

Əlilliyi olan ictimai fəalı apelyasiya məhkəməsi də həbsdə saxladı

“Əlləri işləməyən adam öz cibinə narkotiki necə qoyub?” İsveçdən Azərbaycana deportasiya ediləndən bir müddət sonra …