Ana səhifə / Sosial / Bakıda körpünün altını dayanacaq edib pul yığırlar – VİDEO

Bakıda körpünün altını dayanacaq edib pul yığırlar – VİDEO

Bakıda körpülərin altı parkinq ərazisinə çevirilib. Burada həm minik maşınları, həm də yük avtomobilləri park edilib. Xezerxeber.az-ın məlumatına görə, 3-cü mikrorayon dairəsi kimi tanınan Alı Mustafayev və Rövşən Cəfərov küçələrinin kəsişməsindəki körpünün altında da vəziyyət belədir.

Körpülərin altında, həmçinin tunellərdə avtomobillərin park edilməsinə qadağa qoyulsa da, görünən mənzərə bunun əksini göstərir.

Sözügedən yerin parkinq kimi istifadə olunması ərazidən keçən insanlarla yanaşı, küçənin digər tərəfində yerləşən binanın sakinlərini də narahat edir.

Sakinlər deyirlər ki, gün ərzində burda siqnal səsindən, ya da bölgələrə sərnişin yığan taksi sürücülərinin səs-küyündən dinclik tapmaq olmur.

Sürücülər müsahibə verməkdən çəkinsələr də, söhbətimiz zamanı məlum oldu ki, avtomobili saxlamaq üçün bir manat ödəniş edirlər. Əvəzində isə sürücülərə heç bir qəbz verilmir.

Gün ərzində burada 100-dən çox avtomobil park edilir. Bu işi təşkil edən şəxslər açıqlama vermək istəməyiblər. Onlar ərazinin girişinə şlaqbaum quraşdıraraq istədikləri formada qanunsuz fəaliyyətlə məşğul olurlar.

“Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə və onların altında dayanma və durma qadağandır. Əgər hansısa sürücü bu qaydanı pozursa onu 20 manat cərimə gözləyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …