Ana səhifə / Sosial / Bakıda evlər su altında qaldı – Foto+Video

Bakıda evlər su altında qaldı – Foto+Video

Yağış Bakıda bir çox fəsadlara səbəb olub.

Yağış səbəbilə Xətai rayonu, Nobeli prospektindəki Mirzə Davud küçəsi su altında qalıb.

Sakinlərin saytımıza bildirdiyinə görə, küçəni basan su artıq evlərin həyətlərinə də dolub. Bu haqda Xətai Rayon İcran Hakimiyyətinə, “Azərsu” ASC-yə və Fövqəladə Hallar Nazirliyinə şikayət edilsə də, heç bir nəticə əldə olunmayıb.

Bu vəziyyətin hər yağış yağanda təkrarlandığını bildirən sakinlər aiddiyyatı qurumlardan problemi həll etmələrini xahiş edirlər.

Yenisabah.az

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …