Bazar ertəsi , May 13 2024
Ana səhifə / Sosial / Bakıda çirkab suları kanala axıdılır – VİDEO

Bakıda çirkab suları kanala axıdılır – VİDEO

Bakı şəhərinin Sabunçu rayonunda çirkab suları su kanalına axıdılır. 

Oxu.Az-ın məlumatına görə, bu cür hal rayonun Zabrat qəsəbəsində qeydə alınıb.

Yaxınlıqda yaşayan sakinlər iddia ediblər  ki, iki kilometr kənarda olan evlərin kanalizasiya xətti olmadığı üçün çirkab suları kanala axıdılır. Nəticədə ətrafı üfunət iyi bürüyür. 

Hətta iydən orada yaşaya bilməyən şəxslər evlərini satışa çıxarıblar. 

Həmin görüntüləri təqdim edirik:

https://baku.tv/embed/118953

Həmçinin oxuyun

“Keşlə bazarını söksələr, yüzlərlə insan işsiz qala bilər”

30 ilə yaxındır fəaliyyət göstərən Keşlə bazarı sökülmək təhlükəsi ilə üz-üzə qalıb. Bakının Baş planında …