Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Sosial / Bakıda “çimərlik pulludur” lövhələri yığışdırıldı

Bakıda “çimərlik pulludur” lövhələri yığışdırıldı

Bakı Şəhər İcra Hakimiyyəti çimərliklərlə bağlı hərəkətə keçib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, paytaxtın müxtəlif yerlərindən İH-yə siqnal və şikayətlər daxil olub. Buna görə qurumun Ticarət və Xidmət Departamenti bu gün səhər saatlarında reydlərə başlayıb.

İlk olaraq Şıx çimərliyinə baxış keçirilib. Orada vətəndaşların dəniz çimərliyinə daxil olması üçün qoyulan maneələr – qapı, şlaqbaumlar götürülüb. Avtomobillərin və insanların əraziyə daxil olması üçün tələb qoyulan qiymət lövhələri yığışdırılıb. Sahibkarlara bu barədə xəbərdarlıq olunub. Yaxın günlərdə çimərlik zonalarında dəniz çimərliyinə girişin pulsuz olması barədə elan lövhələri quraşdırılacaq.

Qeyd edək ki, bu, özəl çimərliklərə aid deyil.

Həmçinin oxuyun

İstehlak bazarında qiymətlər – Nələr bahalaşıb?

Bu ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-cü ilin aprel ayına nisbətən 100,0 faiz, o …