Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Milli Məclisin iyunun 28-nə nəzərdə tutulan iclası ləğv edildi

Milli Məclisin iyunun 28-nə nəzərdə tutulan iclası ləğv edildi

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iyulun 28-nə nəzərdə tutulan iclası ləğv edilib.

Virtualaz.org bildirir ki, bu, parlamentin iyunun 27-si və 28-i keçirilməsi nəzərdə tutulan iclasının gündəliyinə daxil olan 49 məsələnin hamısının bu gün müzakirə olunub qurtarması ilə bağlıdır.

Spiker Oqtay Əsədov bildirib ki, bu gün Milli Məclis operativ işlədiyi üçün iyunun 28-də iclasın keçirilməsinə ehtiyac qalmayıb.

*   *   *12:47

Xəbər verdiyimiz kimi, iyunun 27-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində parlamentin növbəti iclası keçirilir.

İki gün davam edəcək plenar iclasların gündəliyinə ümumilikdə 49 məsələ daxil edilib.

İlk məsələ 2018-ci il dövlət büdcəsinin icrası barədə qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin üçüncü və sonuncu oxunuşu olub.

Qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziya Səmədzadənin qısa məlumatı dinlənilib.

Sonra qanun layihəsi səsə qoyularaq üçüncü və sonuncu oxunuşda qəbul edilib.

Qanun layihəsi imzalandıqdan sonra hüquqi qüvvəyə minəcək.

Oxu.az-ın məlumatına görə, spiker Oqtay Əsədov bildirib ki, əgər qanun layihələrini bir gündə müzakirə etmək mümkün olsa, sabahkı iclas ləğv oluna bilər.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …