Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Sosial / Azərbaycanda qadınların iş vaxtı dəyişdirilə bilər

Azərbaycanda qadınların iş vaxtı dəyişdirilə bilər

“Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir”.

Bu barədə Sputnik Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən bildirilib. Məlumata görə, əmək qanunvericiliyi əmək münasibətlərində digər bir sıra amillərlə yanaşı, işçilər arasında cinsi ayrı-seçkiliyə yol verilməsini, habelə hüquqlarının məhdudlaşdırılmasını qadağan edir. İşçilər arasında belə bir ayrı-seçkiliyə yol verən işəgötürən qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

Həmçinin oxuyun

Məşhur çörək zavodunda natəmizlik aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Zaur Şərifov küçəsi, ev 22 ünvanında …