Ana səhifə / Sosial / Azərbaycanda arvad ərini döyüb çölə atdı – Video

Azərbaycanda arvad ərini döyüb çölə atdı – Video

Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində çıxış edən Sarvan adlı şəxs arvadı tərəfindən şiddətə məruz qaldığını və evdən qovulduğunu bildirib.

Ərin sözlərinə görə arvadı səhər çıxıb axşam evə qayıdırmış. Ev işlərini özü görər, uşaqları isə məktəbə aparıb gətirərmiş. Amil Xəlil onun yaşadığı məhəlləyə yollanıb. Binəqədi qəsəbəsində qalan Sarvanın dediklərini onun qonşuları da təsdiq edib. İş o yerə gəlib ki, qonşuları Sarvanın tərəfini saxladığı üçün qarşı tərəfin təzyiqləri ilə üzləşib. Sarvanın qayınanası da açıqlama verib. Onun sözlərinə görə Sarvanın ev işləri görməyində heç bir problem yoxdur sadəcə qızı ayrılmaq istədiyini bildirib. 

Qayınana ilə kürəkən arasında mübahisə də düşüb. Həmin anları təqdim edirik.

Qeyd edək ki, qadının və digər qohumların açıqlamalarını geniş formada siz  həftə içi hər gün 12:50 də yayımlanan “Gəl dərdini danış” sosial-kriminal layihədə izləyə bilərsiniz.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …