Ana səhifə / Sosial / “Azərbaycana səfərim buna görə təxirə salındı…” – NAZARBAYEV

“Azərbaycana səfərim buna görə təxirə salındı…” – NAZARBAYEV

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana nəzərdə tutulan səfərinin təxirə salınmasından danışıb.

Report” xəbər verir ki, o, sözügedən məsələyə yerli mətbuat nümayəndələri üçün keçirdiyi brifinq zamanı toxunub.

İnternetdə səhhətində yaranmış problemlə bağlı ona şəfa diləyən hər kəsə minnətdarlığını bildirən Nursultan Nazarbayev, Azərbaycana səfərinin təxirə salınmasına da toxunub: “Bloqqerlər bu barədə yazıblar, internetdə yazılıb. Xəstəliyimi elan etmək məcburiyyətində qaldıq, çünki mən beynəlxalq tədbirləri təxirə salmalı oldum. Azərbaycan və Ermənistana səfərlər nəzərdə tutulurdu, onu da təxirə saldıq. Çünki qızdırma və öskürək ilə harasa getmək mümkün deyildi”.

Həmçinin oxuyun

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi …

Bir cavab yazın