Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Sosial / “Azərbaycan dünyadakı bütün münaqişələrin köklü həllini zəruri hesab edir”

“Azərbaycan dünyadakı bütün münaqişələrin köklü həllini zəruri hesab edir”

Siyavuş Novruzov: “Münaqişələrin dondurulmuş olması onların həlli demək deyil”

“Azərbaycan dünyadakı bütün münaqişlərin köklü həllini zəruri hesab edir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov bildirib. Millət vəkili bu məsələdə prezident İlham Əliyevin təşəbbüslərinin xüsusilə önəmli və təqdirəlayiq olduğunu bildirib:

“Prezident İlham Əliyev yalnız Qarabağ deyil, dünyadakı bütün münaqişələrin əsaslı surətdə həllini vacib sayır və beynəlxalq çıxışlarda da bu məsələyə diqqət çəkir. Hər  hansı münaqişənin dondurulması onun həll edilməsi demək deyil. Dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün münaqişələrin köklü şəkildə həll edilməsi, problemlərin əsaslı surətdə aradan qaldırılmasına ehtiyac var. Nə qədər ki, dünyada dondurulmuş münaqişə ocaqları var, dünyada sülh və təhlükəsizlik üçün təhdid və problemlər də öz mövcudluğunu qoruyub saxlayacaqdır”.

Həmçinin oxuyun

Bakıda 17 min manata pişik satılır – VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir.Belə ki, it 10 min manata, pişik …

Bir cavab yazın