Çərşənbə , May 8 2024
Ana səhifə / Sosial / “Azəriqaz”ın ocağını söndürdüyü Yeni Balaxanı – VİDEO

“Azəriqaz”ın ocağını söndürdüyü Yeni Balaxanı – VİDEO

Yeni Balaxanı ərazisinin sakinləri qazlarının tez-tez kəsilməsindən şikayətçidirlər. 

Sakinlər Manşet.az-a bildiriblər ki, ərazidə həftənin bir neçə günü gündüz saatlarında qazın verilişi dayandırılır. Təbii qazın bərpası yalnız 18:00-dan sonra bərpa edilir:

“Hər dəfə qazın verilişi bərpa olunanda xətləri yoxlamaq üçün öncə hava vururlar. Sobanı yandırırsan, qaz yerinə hava gəlir. Bu isə sayğacların əlavə məsrəf yazmasına səbəb olur. “Azəriqaz”ın əlindən bizim mətbəxdə ocağımız yanmır. Camaat o qədər elektrikə yüklənir ki, ayın axırında hər kəs limiti keçmiş olur”,-deyə sakinlər bildiriblər. 

Sakinlərin onu da qeyd ediblər ki, məsələ ilə bağlı dəfələrlə “Azəriqaz”-a şikayət olunub. Ancaq şikayətlərin heç bir faydası yoxdur. 

https://ok.ru/videoembed/3097464932870


Həmçinin oxuyun

Bu qərardan sonra qiymətlər kəskin artacaq

Keşlə bazarı söküləcək. Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli …