Bazar ertəsi , May 13 2024
Ana səhifə / Sosial / Azərbaycanda yenə koronavirusa gündəlik yoluxma 3 mini keçdi, 30 nəfər öldü

Azərbaycanda yenə koronavirusa gündəlik yoluxma 3 mini keçdi, 30 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

Azərbaycanda yenə koronavirusa gündəlik yoluxma 3 mini keçdi,  30 nəfər öldü

Həmçinin oxuyun

İstehlak bazarında qiymətlər – Nələr bahalaşıb?

Bu ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-cü ilin aprel ayına nisbətən 100,0 faiz, o …