Ana səhifə / Köşə Yazarları / Avropa Şurasının baş katibi Mehman Əliyevin həbsi ilə bağlı bəyanatla çıxış edib –MƏTN

Avropa Şurasının baş katibi Mehman Əliyevin həbsi ilə bağlı bəyanatla çıxış edib –MƏTN

Avropa Şurasının baş katibi Tyorbyor Jaqland Mehman Əliyevin həbsi ilə bağlı bəyanatla çıxış edib:

“Mən Turan agentliyinin direktoru, qabaqcıl jurnalist Mehman Əliyevin vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə dünən axşam Bakıda həbs edildiyinə dair məlumatlandırıldım. Onun həbsi Turan agentliyindəki axtarışdan öncə baş verib. Agentliyin bank hesabları dondurulub. Bu isə sentyabrın birindən etibarən agentliyi fəaliyyətini daynadırmğa məcbur edir.

“Avropa Şurası Azərbaycanın səlahiyyətli nümayəndələri ilə cəza sistemində islahatlar və dövlətə və vətəndaşlara hədə törətməyənlərə lazımsız sərt cəzalar verilməməsi sahəsində iş aparır. Bu dəyişikliklər prezidentin bu yaxınlarda Nazirlər Kabinetində irəli sürdüyü təşəbbüslərinin bir hissəsidir.

“Mən Azərbaycan rəsmilərini Avropa Şurası ilə mövcud əməkdaşlığa ehtiram göstərməyə və qurum qarşısındakı insan haqları öhdəliklərinə riayət etməyə, demokratik cəmiyyətdə yeri olmayan azadlığın ədalətsiz şəkildə pozulmasına yol verməməyə çağırıram. Media və jurnalistlər azad şəkildə fəaliyyət göstərməli, qorxu və hədsiz müdaxilələrə məruz qalmamalıdır.”

“Amerikanın Səsi”

Həmçinin oxuyun

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi …

Bir cavab yazın